Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Çin maşınlarına maraq artır - Bazarda lider kimdir?

23.10.2025 19:42 8 baxış sayı 2 dəq. oxuma Metbuat
Çin maşınlarına maraq artır - Bazarda lider kimdir?

Son illərdə avtomobil bazarında Çin istehsalı olan modellərə maraq xeyli artıb. Müasir dizayn, texnoloji yeniliklər və münasib qiymət alıcıların bu avtomobillərə yönəlməsinə səbəb olur. Bəs alıcılar Çin avtomobillərindən başqa daha çox hansı avtomobillərə üstünlük verirlər?


Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri Eyyub Əliyev açıqlayıb ki, hazırda bazarda yeni **Yapon və Koreya avtomobilləri** də lider mövqedədir. Əliyev qeyd edir ki, premium avtomobillərdən danışsaq, sözsüz ki, Alman avtomobilləri ön plandadır və daha bahalıdır. Lakin orta və bir qədər yuxarı qiymət seqmentində alıcılar Koreya və Yaponiya avtomobillərinə üstünlük verirlər.


Bu avtomobillər bazarda sevilərək satılır. E. Əliyev bu modellərin qiymətləri barədə də məlumat verib. Koreya avtomobillərinin qiyməti hazırda 30 mindən aşağı deyil; satılan modellərin əksəriyyəti 30 minin üzərindən başlayır. **Yapon avtomobillərinə** baxsaq, onların da qiyməti təxminən **35-40 mindən** başlayır. Yəni bu avtomobillərin qiymətləri kifayət qədər yüksəkdir.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: