COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlanıb - Türkiyə mediası
Azərbaycanda COP29 çərçivəsində Solomon adaları sahillərində dünyanın ən böyük mərcanının tapılması ilə bağlı elanın dərci Türkiyə mətbuatında geniş işıqlandırılıb.
Metbuat.az xəbər verir ki, qardaş ölkənin media strukturları “National Geographic” nəşrinin dəniz bioloqlarının Sakit okeanda tapılan mərcanın yaşının 300 ildən çox, ölçüsünün isə “mavi balina” uzunluğuna çatması ilə bağlı hesablamalarına diqqət çəkib.
“Mərcanın eni 34 metrdir ki, bu da beş tennis kortu ilə müqayisə edilə bilər. Onun diametri 32 metr, hündürlüyü isə 5,5 metrdir. Belə iri mərcanların çoxalma potensialı var ki, bu da onları qlobal istiləşmə şəraitində dağılan qayaların bərpasında mühüm elementə çevirir”.
Tədqiqatçılar mərcanın sağlam göründüyünü və canlı rənglərə malik olduğunu bildiriblər.
Solomon adalarının ətraf mühit naziri Trevor Manemahaqa deyib: “Biz istəyirik ki, dünya bizim ölkənin xüsusi bir bölgədə yerləşdiyini başa düşsün”.
Oxşar xəbərlər
Bakının dünyanın ən böyük tədbirinə ev sahibliyi e...
Bugun.az
Rayon qeydiyyatlı maşınlar üçün COP29-da məhdudiyy...
Bugun.az
COP29 çərçivəsində keçiriləcək tədbirlərin proqram...
Bugun.az
COP29-da Türkiyə pavilyonunun açılışı oldu
Bugun.az
Türkiyə Azərbaycanın Yanındadır - Hulusi Akar
Bugun.az
Türkiyə Afrikada Qızıl Mədənləri Açacaq
Son Xeberler