🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

COP29-da iştirak etməməsi Fransanın beynəlxalq nüfuzuna zərbə vurur - Ekspert

15.11.2024 14:25 18 baxış sayı 4 dəq. oxuma
COP29-da iştirak etməməsi Fransanın beynəlxalq nüfuzuna zərbə vurur - Ekspert

Dünyanı ən çox çirkləndirən ölkələr istixana qazı emissiyaları ilə iqlim dəyişikliyinə ən çox səbəb olan ölkələrdir. Sənayeləri inkişaf etmiş ölkələr kimi önə çıxan bu dövlətlərin bəzisi bu gün Azərbaycanda təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılmamağı seçib. Həqiqətən də, Fransanın COP29-a qatılmaması tarixi və müasir ətraf mühit məsuliyyətləri baxımından ciddi ziddiyyət yaradır. Bir tərəfdən Paris Sazişinə ev sahibliyi edərək iqlim problemləri ilə mübarizədə liderlik iddiası ortaya qoyan Fransa, digər tərəfdən keçmişdə həyata keçirdiyi nüvə sınaqları və dənizaşırı (DOM-TOM) bölgələrdə apardığı neokolonyal fəaliyyətlərin yaratdığı ətraf mühit çirklənməsi faktı ilə üzləşməkdən qaçır.

Metbuat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun Afrika bölgəsi üzrə tədqiqatçısı Tunç Demirtaş bildirib.

Fransanın Afrikada və digər keçmiş müstəmləkələrində davam etdirməyə çalışdığı iqtisadi hegemoniyasının iqlim ədaləti ilə açıq ziddiyyət təşkil etdiyini vurğulayan ekspert bildirib ki, qlobal Cənub iqlim dəyişikliyindən ən çox təsirlənən tərəfdir. Bu yükün böyük hissəsi isə tarixən emissiya məsuliyyəti daşıyan Fransa kimi ölkələrə aiddir. “COP29 kimi platformalara qatılmayaraq həm bu həqiqətlərdən qaçmaq, həm də iqtisadi və siyasi hesablarla məsuliyyətlərindən yayınmaq cəhdi Fransanın beynəlxalq iqlim mübarizəsindəki nüfuzuna zərbə vurur. Fransanın bu mövqeyi beynəlxalq cəmiyyətdə ona qarşı ciddi etimad itkisinin yaranmasına səbəb olacaq. Belə ki, qlobal iqlim dəyişikliyi bütün bəşəriyyətin diqqət mərkəzində olan ən mühüm, hətta təhlükəsizlik baxımından ən vacib məsələdir”, - deyə ekspert əlavə edib.

“Azərbaycanın belə bir toplantıya ev sahibliyi etməsi olduqca mühüm hadisədir. BMT-nin Baş Assambleyasına üzv dövlətlərin yarısından çoxu bu tədbirdə təmsil olunur. Bu cür genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəlməsi isə Azərbaycanın qlobal məsələlərin həllində artan rolunu və beynəlxalq problemlərə töhfə vermək həssaslığını nümayiş etdirir. Azərbaycan bununla həm qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə inamını ifadə edir, həm də regional və qlobal səviyyədə ətraf mühit siyasətinin gücləndirilməsinə, inkişafına imkan yaradır. Təbii ki, burada Türk Dövlətləri Təşkilatının (TDT) mühüm ölkələrindən olan Azərbaycanın COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etməsinin təşkilat üçün də əhəmiyyətini vurğulamaq lazımdır. Çünki TDT-nin əsas əməkdaşlıq istiqamətlərindən biri də ətraf mühit və ekologiya ilə bağlıdır. Bu baxımdan beynəlxalq əlaqələr qurmaq istəyən Türk dövlətləri Azərbaycanın bu nümunəsindən faydalana bilərlər”, - deyə o əlavə edib.

Paylaş: