COP29 Yaşıl Zona Media Akkreditasiyası Açıldı!
COP29 Yaşıl Zona üçün Media Akkreditasiyası Açıldı!
COP29 Azərbaycan Əməliyyat Şirkəti, bu ilin 11-22 noyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim konfransı çərçivəsində fəaliyyət göstərəcək Yaşıl Zona üçün media akkreditasiya portalını açıqladı. Bu zona, iqlim dəyişikliyinə qarşı mübarizədə innovasiyalar və həllərə yönəlmiş dinamik bir platforma olacaq.
Akkreditasiya prosesi, oktyabrın 9-dan etibarən, yalnız rəsmi mənbə olan akkreditasiya portalı vasitəsilə həyata keçirilir. Son qeydiyyat tarixi oktyabrın 30-u saat 23:00 (GMT+4) olaraq təyin edilib.
Yaşıl Zona, rəsmi görüş və danışıqların məkanı olan Mavi Zona ilə yanaşı, dövlət və özəl sektor nümayəndələri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və Mavi Zona nümayəndələrini bir araya gətirərək geniş bir auditoriyaya malik olacaq. Bu, iqlim konfransının işıqlandırılması üçün media nümayəndələrinə geniş imkanlar təmin edəcək.
Yaşıl Zona üzrə akkreditasiyadan keçən jurnalistlər, müxtəlif tədbirlərə qatılmaq, iqlim fəaliyyətində aktiv iştirak edən qurumlarla birbaşa əlaqə qurmaq və eksklüziv kontentlə çıxış etmək şansına sahib olacaqlar.
Akkreditə olunmuş media nümayəndələri, Yaşıl Zonada media fəaliyyətinin səmərəli təşkili üçün qurulan Media Mərkəzi və digər infrastrukturdan yararlana biləcəklər.
Media akkreditasiyası, BMT tərəfindən tanınan ölkələrdə media təşkilatı olaraq qeydiyyatdan keçmiş rəsmi media qurumunu təmsil edən jurnalistlər üçün nəzərdə tutulub. Yerli media nümayəndələri, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatda olmalıdırlar.
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası ilə bağlı daha ətraflı məlumat üçün COP29 rəsmi veb-saytına müraciət edə bilərsiniz. Akkreditasiya müraciətləri ilə bağlı dəstək və sorğular üçün [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər
Pərviz Şahbazov COP29-da dəstəklənməsi vacib olan...
Bugun.az
Ekologiya Naziri Muxtar Babayev Fransalı Həmkarı i...
Bugun.az
COP29-un Yaşıl Zonasında panel sessiyası keçirildi
Bugun.az
COP29 çərçivəsində keçiriləcək tədbirlərin proqram...
Bugun.az
COP-dan sonra təhsildə bu dəyişikliklər olacaq
Bugun.az
Leyla Əliyeva COP29-da “Azərsun Holdinq” pavilyonu...
Bugun.az