
Daha 61 ailə doğma yurda yola salındı -YENİLƏNİB

Xocalı rayonunun Təzəbinə kəndlərinə ilk köçən ailələrə evlərin açarları təqdim edilib.
Metbuat.az xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Xocalı rayonunun yenidən qurulan Təzəbinə kəndlərinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər.
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdan Xanyurdu və Təzəbinə kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
xxx
İyulun 14-də növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.
Metbuat.az xəbər verir ki, bu mərhələdə ümumilikdə 61 ailə (247 nəfər) öz doğma yurdlarına qayıdıb.
Onlardan 28 ailə (125 nəfər) Təzəbinə kəndinə, 33 ailə (122 nəfər) isə Xanyurdu kəndinə yola salınıb.
Beləliklə, 14.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə cəmi 327 ailə (1433 nəfər) köçürülüb.
Oxşar xəbərlər

Daha 61 ailə doğma yurda yola salındı
Bugun.az

Daha 48 ailə doğma yurda yola salındı
Bugun.az

Laçının Bəylik kəndinə növbəti köç karvanı yola sa...
Bugun.az

Cəbrayıla növbəti köç karvanı yola salındı - FOTO
Bugun.az

Cəbrayılda 39 ailəyə mənzillərin açarları təqdim e...
Bugun.az

Daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı
Son Xeberler