Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

23.06.2025 06:25 46 baxış sayı 1 dəq. oxuma Metbuat
Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh life" ləqəbli tiktoker Rövşən Təhməzovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Vəsatət təmin edilib və onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalından azad edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə təqsirli bilinən Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: