🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Dələduzlar ölən uşağın adından pul yığırlar -VİDEO

29.12.2024 07:25 8 baxış sayı 2 dəq. oxuma
Dələduzlar ölən uşağın adından pul yığırlar -VİDEO

“Dünyasını dəyişən uşağımın adına hesab açılıb, sosial şəbəkələrdə paylaşılaraq pul yığılır”.

Metbuat.az xəbər verir ki, bu iddia ilə Xezerxeber.az-a uşağın anası Nəzrin Əsgərova müraciət edib.

O bildirib ki, övladı M. Kələntərov 2021-ci ildə dünyaya gəlib və ağır xəstəlikdən dünyasını dəyişib. Hələ də 2 il əvvəl vəfat edən uşağının şəkilləri sosial mediada pul yığmaq üçün istifadə olunur: “Hesab kartı qoyaraq insanları aldadır, kömək istənilir, pul yığırlar. Hesab Aygün Umudova adlı şəxsin adından açılıb. Halbuki mənim uşağım iki il əvvəl Türkiyədə dəfn olunub. Bu qədər vicdansızlıq, insanların inamından istifadə eləmək hara sığır?! Tək mənim uşağım deyil, başqa uşaqların da şəkilləri paylaşılır. Bildiyimə görə, o uşaqlar da vəfat ediblər...”

N. Əsgərova bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən məsələ araşdırılır. Həmin şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.


Paylaş: