Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dələduzluq edən şəxs saxlanıldı -FOTO

26.11.2025 07:22 8 baxış sayı 1 dəq. oxuma Metbuat
Dələduzluq edən şəxs saxlanıldı -FOTO

Naxçıvanda vətəndaşları işə düzəltmək adı altında aldadaraq dələduzluq edən şəxs hüquqi məsuliyyətə cəlb olunub.


Daxili İşlər Nazirliyinin məlumatına görə, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının apardığı tədbirlər nəticəsində 38 yaşlı Elvin İsmayılov saxlanılıb. İsmayılov vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib. O, ayrı-ayrı vaxtlarda 5 nəfəri işlə təmin etmək vədi ilə aldadıb. Təqsirləndirilən şəxs bu yolla ümumilikdə 50 min manat pul vəsaitini ələ keçirməkdə ittiham olunur.


Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsində cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə araşdırma davam edir. Polis İdarəsi həmçinin bildirir ki, E. İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, onlar bu barədə məlumat vermək üçün polisə müraciət edə bilərlər.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: