Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edildi

15.03.2025 08:25 104 baxış sayı 1 dəq. oxuma Metbuat
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edildi

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Ünvan : Bakı ş. Xətai rayonu 8 Noyabr prospekti 69.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590 64 68, (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: