
Dövlət Departamenti Ukraynaya hərbi texnika verilməsinə razılıq verdi

ABŞ Dövlət Departamenti Kiyev administrasiyasına hərbi texnika və xidmət satışına icazə verib.
Metbuat.az xəbər verir ki, bu barədə Pentaqonun nəzdindəki Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi açıqlama verib. Açıqlamada deyilir ki, Dövlət Departamenti Ukraynaya 330 milyon dollarlıq hərbi texnika və xidmət satışına icazə verib. Açıqlamada qeyd olunub ki, 180 milyon dollarlıq satış Ukraynanın ABŞ istehsalı olan mövcud hava hücumundan müdafiə sistemlərinin saxlanılması və təkmilləşdirilməsi və onlardan istifadəsi üzrə şəxsi heyətin hazırlanmasına dəstək olmaq üçün sərf ediləcək.
150 milyon dollarlıq satış ABŞ istehsalı olan M109 haubitsalarının saxlanması, təmiri və modernləşdirilməsini dəstəkləyəcək.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Ukraynaya "Tomaqavk" raketləri verməyi planlaşdır...
Bugun.az
İtaliya Ukraynaya 12-ci hərbi yardım paketini gönd...
Azəri Xəbər

Ukraynaya hər il 1 milyard dollar dəyərində silah...
Azəri Xəbər

ABŞ-dan Ukraynaya yeni hərbi yardım
Son Xeberler
ABŞ Dövlət Departamenti Ər-Riyad üçün pilot təlimi...
Azəri Xəbər

ABŞ Dövlət Departamenti Ər-Riyada helikopterlərin...
Azəri Xəbər


