Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dövlət idarəsində kütləvi ixtisar - İşçilər narazıdır

11.10.2024 19:25 148 baxış sayı 1 dəq. oxuma Metbuat
Dövlət idarəsində kütləvi ixtisar - İşçilər narazıdır

Abşeron Sukanal İdarəsinin bir qrup əməkdaşı işdən çıxarıldıqlarını iddia edirlər.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, məhz buna görə, onlar idarə qarşısına toplaşaraq narazılıqlarını ifadə ediblər.

İşdən çıxarıldıqlarını iddia edən şəxslərin sözlərinə görə, Abşeronda "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxs yaradıldıqdan sonra işçilərin kütləvi ixtisarı həyata keçirilib.

İşçilərə öz ixtisaslarına uyğun başqa bir ünvanda iş axtarmaları tövsiyə edilib. Abşeron su meliorasiya sistemləri idarəsində isə onlara iş yerinin olmadığı bildirilib.

İddialarla bağlı Dövlət Su Ehtiyatları Agentliyindən rəsmi mövqe bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: