Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2025 14:25 11 baxış sayı 1 dəq. oxuma Metbuat
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət edib.

Metbuat.az xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.

Həmçinin şəhidlərin əziz xatirəsi Xidmətin aparatında 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd edilir.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: