
DSX-yə məxsus binada yanğın oldu

Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub
FHN Mətbuat xidmətindən Mətbuat.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Nərimanovda binada yanğın baş verib
Azəri Xəbər

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb
Azəri Xəbər

Bakının bu ərazisində binada yanğın baş verib
Azəri Xəbər
Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndür...
Azəri Xəbər

Bakıda çoxmərtəbəli binada yanğın oldu -Ölən var
Bugun.az

Bakıda yaşayış binasında baş verən yanğın söndürül...
Bugun.az


