
Dünya pravoslavları Milad bayramını qeyd edir

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər.
Metbuat.az xatırladır ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır, böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır.
Qeyd edək ki, Azərbaycanda pravoslav kilsələrində hər il Milad bayramında dua oxunur. Prezident İlham Əliyev hər il Milad bayramında pravoslavları təbrik edir.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İlham Əliyev pravoslavları təbrik etdi
Bugun.az

Kosmosdan Gələn Milad Ağacı Hər Kəsi Heyran Edir!
Texnologiya xəbərləri

Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını...
Bugun.az

Hallmark-ın Yeni Xbox 360 Bəzəyi Halo Musiqisini S...
Texnologiya xəbərləri

Mövsümlər Dəyişir: Mariah Carey Dövrü Başlayır, "T...
Texnologiya xəbərləri

Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım...
Bugun.az
                                        

