Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Dünyanın ən yaxşı şəhərləri açıqlandı - Siyahı

07.12.2024 21:25 149 baxış sayı 1 dəq. oxuma Metbuat
​Dünyanın ən yaxşı şəhərləri açıqlandı - Siyahı

İngiltərə mərkəzli “Resonance” və tədqiqat şirkəti “İpsos” tərəfindən hazırlanan “2025 Dünyanın ən yaxşı şəhərləri” hesabatı şəhərləri yaşayış keyfiyyəti, cazibədarlıq və rifah səviyyəsinə görə sıralayıb.

Metbuat.az Musavat.com-a istinadla xəbər verir ki, London ardıcıl 10-cu dəfə birinci yeri tutaraq qlobal cazibəsini bir daha təsdiqləyib.

Hesabatda şəhərlər 55 müxtəlif kriteriya üzrə qiymətləndirilib. Bu kriteriyalar arasında yaşayış keyfiyyəti, mədəni cazibə, iqtisadi imkanlar, infrastruktur, təhlükəsizlik və davamlılıq kimi göstəricilər yer alıb. Siyahı 30 ölkədən 22 min nəfərin iştirakı ilə aparılan sorğu nəticələrinə əsaslanaraq tərtib edilib.

Siyahının ilk 9 sırasında Avropadan 6 şəhər yer alıb. Ən yaxşı şəhərlər aşağıdakılardır:

1. London

2. Nyu York

3. Paris

4. Tokio

5. Sinqapur

6. Roma

7. Madrid

8. Barselona

9. Berlin

Türkiyənin İstanbul şəhəri siyahıda 28-ci olub. Bakı isə siyahıda yer almayıb.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: