Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ebru Gündəş 150 min dollarlıq boyunbağı taxır - FOTO

22.11.2025 18:52 4 baxış sayı 2 dəq. oxuma Metbuat
Ebru Gündəş 150 min dollarlıq boyunbağı taxır - FOTO

Türkiyənin tanınmış müğənnisi Ebru Gündəş bu dəfə bahalı zərgərlik məmulatları ilə gündəmə gəldi. Sənətçinin sosial media hesabında yayımladığı bir foto geniş müzakirələrə səbəb oldu. İzləyicilər dərhal müğənninin taxdığı zinət əşyalarının dəyərini araşdırmağa başladılar.


Aparılan araşdırma nəticəsində sənətçinin üzərindəki əşyaların qiymətləri məlum oldu. Müğənni çox yüksək məbləğdə pulu bu aksesuarlara xərcləyib. Məsələn, Ebru Gündəşin taxdığı boyunbağılardan birinin dəyəri 150 min dollar təşkil edir. O, əlavə olaraq taxdığı ikinci boyunbağıya görə isə 40 min dollar ödəyib.


Digər zinət əşyaları da olduqca bahalı idi. Müğənni sırğalarına 15 min dollar xərcləyib. Sənətçinin bilərziyinin qiymətləri də diqqət çəkdi, onlardan biri 28 min dollar, digəri isə 45 min dollardır. Ebrunun qolundakı saatın qiyməti 86,200 dollar olub. Beləliklə, müğənni bütün bu bahalı aksesuarlarla görünüşünü tamamlayıb.


K
Mədəniyyət redaktoru

Mədəniyyət və incəsənət haqqında yazıram. Teatr, kino, sərgilər - bunlar mənim dünyamdır. Bəzən yazmaqdan əvvəl tamaşaya gedirəm və bu həmişə ilham ve...

Bütün məqalələrə baxın
Paylaş: