🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​Əlcəzair fransız dilindən istifadədən imtina etdi

08.05.2025 19:25 11 baxış sayı 1 dəq. oxuma
​Əlcəzair fransız dilindən istifadədən imtina etdi

Əlcəzair qurumları rəsmi sənədlərdə və inzibati yazışmalarda fransız dilindən istifadədən imtina ediblər.

Metbuat.az xəbər verir ki, Əlcəzair qurumları yalnız ərəb və ingilis dillərindən istifadə edəcəklər. Xəbərdə deyilir ki, bu qərar ölkədə fransızların inzibati ənənələrdən çıxarılmasını gücləndirmək məqsədi daşıyır. Əlcəzair Futbol Federasiyasının açıqlamasına görə, federasiyaya bağlı bütün qurumlardan fəaliyyətlərində ərəb dilindən istifadə etmələri tələb edilib. Federasiyaya bağlı bölmələrdən intizam şurasının protokolları, hakim təyinatları, matç proqramları, apelyasiya komitəsi qərarları və müxtəlif qurumlara və tərəfdaşlara göndərilən yazışmaların ərəb dilində yazılması tələb olunub.

Qeyd edək ki, bundan əvvəl Əlcəzair hökuməti ingilis dilinin tətbiqi barədə bəzi qərarlar qəbul etmişdi.

Paylaş: