Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ələddin Şamilov vəfat etdi - FOTO

24.12.2024 14:25 124 baxış sayı 1 dəq. oxuma Metbuat
Ələddin Şamilov vəfat etdi - FOTO

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun tanınmış əməkdaşı, professor Ələddin Şamilov dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə İnstitutun direktoru Misir Mərdanov məlumat verib.

“Bu səhər İnstitutumuzun əməkdaşı, uzun illər Bakı Dövlət Universitetində birlikdə çalışdığım, eyni binada qonşu olduğum, bir müddət fəaliyyətini Türkiyədə davam etdirən fizika-riyaziyyat elmləri doktoru, professor Ələddin Şamilov qəfil dünyasını dəyişib. Ələddin müəllimi çox yaxşı tanıyırdım, o, görkəmli riyaziyyatçı alim professor Qoşqar Əhmədovun sevimli tələbələrindən biri idi. Allah rəhmət eləsin, məkanı cənnət olsun”, - deyə Mərdanov bildirib.

Allah rəhmət eləsin.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: