Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Elgünün ölümü ilə bağlı görüntülərə baxış keçirilib" - Sabir Musayev

20.05.2025 09:25 49 baxış sayı 1 dəq. oxuma Metbuat
"Elgünün ölümü ilə bağlı görüntülərə baxış keçirilib" - Sabir Musayev

"İbtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib. Mərhumun meyiti daxili və xarici müayinələrdən keçirilib. Mərhumun meyitindən və hadisə yerindən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilib".

Metbuat.az xəbər verir ki, bunu prokuror Sabir Musayev deyib. Onun sözlərinə görə, hadisə yerinə yaxın intervalda yerləşən ictimai iaşə obyektlərində quraşdırılmış müşahidə kameralarından və təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb və həmin görüntülərə baxış keçirilib:

"Bundan başqa mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib", - deyə prokuror bildirib.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: