Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Əli Əsədov Ana Brnabiç ilə görüşdü

24.09.2025 16:25 13 baxış sayı 2 dəq. oxuma Metbuat
Əli Əsədov Ana Brnabiç ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

Bu barədə Metbuat.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan ilə Serbiya arasında fəal siyasi dialoqun qurulduğu qeyd edilib, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi bildirilib.

Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ilə Serbiya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: