
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 10-da ölkədə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.
Nazirlər Kabinetindən Metbuat.az-a bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov da iştirak edib.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Naxçıvanda nazir müavini vəzifədən çıxarılıb
Azəri Xəbər

Naxçıvanda nazir müavini vəzifəsindən azad edildi
Azəri Xəbər

Türkiyə Xarici işlər nazirinin müavini Berris Ekin...
Azəri Xəbər

Şahin Mustafayev və Mher Qriqoryan Sərhəd Məsələsi...
Bugun.az

Əli Əsədov Qahirədə Ərdoğan ilə görüşdü - FOTO
Bugun.az

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə gö...
Bugun.az


