
Əliyevin ABŞ səfəri regionda yeni reallıqlar yaratdı - ŞƏRH

“Azərbaycan Prezidentinin ABŞ-yə tarixi səfəri və səfər çərçivəsində əldə edilən razılaşmalar regionda yeni reallıqlar yaradıb”.
Bunu Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun fikirlərinə görə, iki ölkə liderləri tərəfindən imzalanan Anlaşma Memorandumu Azərbaycan–ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək böyük siyasi əhəmiyyət kəsb edir:

“Bu hadisə region üçün yeni imkanlar yaratdı, eyni zamanda ənənəvi maraqları olan İran və Rusiyanın təsir imkanlarını azaltdı. Məsələnin obyektiv səbəbləri var: İran–İsrail müharibəsi və Rusiya–Ukrayna müharibəsi regiondakı güc mərkəzlərinin təsirini xeyli zəiflədib. Rusiyanın diqqəti Ukrayna müharibəsinə yönəldiyi bir vaxtda dövlətlər yaranmış fürsətdən maksimum yararlanaraq sülh istiqamətində peşəkar strategiyalarını reallaşdırmağa fokuslandılar. Bu, Prezident İlham Əliyevin böyük diplomatik uğuru kimi qiymətləndirilə bilər”.
İlyas Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə regionda formalaşan yeni sistem nəticəsində sülh prosesi və təhlükəsizlik mühiti yeni mərhələyə qədəm qoyur:
“Vaşinqtonda imzalanmış tarixi saziş Azərbaycanın beynəlxalq imicinə təsir göstərərək ölkəmiz haqqında formalaşan müsbət təəssüratları gücləndirib. Bu, gələcəkdə ölkəmizə yeni dividendlər qazandıracaq, iqtisadi yüksəliş üçün güclü motivasiya yaradacaq və sərmayə axınının artmasına şərait formalaşdıracaq”, - deyə politoloq vurğulayıb.
Gülbəniz Hüseynli / Metbuat.az
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri b...
Son Xeberler

İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatd...
Bugun.az

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa...
Bugun.az

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarınd...
Azəri Xəbər

İsrail Prezidentinin Azərbaycana səfəri niyə baş t...
Son Xeberler

Əli Əsədov İran Prezidenti ilə görüşdü - FOTO
Bugun.az


