Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Elm və Təhsil Nazirliyinə yeni təyinat oldu -FOTO

15.10.2025 13:25 16 baxış sayı 2 dəq. oxuma Metbuat
Elm və Təhsil Nazirliyinə yeni təyinat oldu -FOTO

Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin olunub.

Metbuat.az qaynarinfo.az-a istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinin icrası Bayramlı İlqar Şakir oğluna tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifəsindən azad edilib.

İlqar Bayramlı 2024-ci ilin aprel ayında Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. O, Ali Hərbi Məktəbdə müəllim, baş müəllim, "Neftçi" PFK MMC-də maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, "Alyans Tekstil" MMC-də direktor, "Capital Motors" MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib.

Bir müddət "Təmiz qaz" QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi fəaliyyətini davam etdirən İlqar Bayramlı Ağsu rayonunda "Azqranata" MMC-də maliyyə departamentinin direktoru vəzifəsində də işləyib.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: