Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Elmira Rəhimova xəstəxanaya yerləşdirildi

31.10.2025 14:22 6 baxış sayı 1 dəq. oxuma Metbuat
Elmira Rəhimova xəstəxanaya yerləşdirildi

Xalq artisti Elmira Rəhimova səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı sənətçinin oğlu açıqlayıb. O qeyd edib ki, hazırda Rəhimova Bakı Sağlamlıq Mərkəzində müalicə alır.


Oğlu bildirib ki, "Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Onun təzyiq, şəkər və digər problemləri var".


Xəstəxana rəsmiləri 84 yaşlı xalq artistinin vəziyyəti haqqında məlumat veriblər. Elmira Rəhimova Mərkəzin terapiya şöbəsində müalicə olunur. Ona nevroloq və endokrinoloq baxışından sonra uyğun müalicə üsulu təyin edilib. Mərkəzin peşəkar komandası stasionar şəraitdə müalicə aparılan pasiyentin vəziyyətinin hazırda yaxşı olduğunu bildirir. Həkimlər xalq artistinin yaxın günlərdə evə buraxılacağını deyiblər.


O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: