Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Emin Rafullayevə yeni vəzifə verildi

26.03.2025 10:25 113 baxış sayı 1 dəq. oxuma Metbuat
Emin Rafullayevə yeni vəzifə verildi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub.

Metbuat.az xəbər verir ki, Emin Rafullayev qurumun Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

O, bu postda Ramin İsrəfilovu əvəzləyib.

Qeyd edək ki, E.Rafullayev bu təyinatadək "SOCAR RUS" Administrativ şöbənin müdiri vəzifəsində çalışıb. Bundan öncə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Təminat, təchizat və təsərrüfat departamentinin şöbə müdiri, eləcə də Mərdəkan Reabilitasiya Pansionatında direktor müavini olub, həmçinin müxtəlif dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışıb.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: