Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Əraqçi: İran müharibəyə hazır olmalıdır

15.08.2025 09:25 21 baxış sayı 1 dəq. oxuma Metbuat
Əraqçi: İran müharibəyə hazır olmalıdır

İran xarici işlər naziri Abbas Əraqçi İsrailin yaxın gələcəkdə ölkəsinə hücum edəcəyini istisna edib.

Metbuat.az xəbər verir ki, o, bu barədə yerli KİV-ə bildirib.

“Beynəlxalq münasibətlər üzrə ekspert kimi, müharibənin tezliklə başlayacağını düşünmürəm”, - Əraqçi deyib.

Nazirin iddiasına görə, İsrail yaxın zamanda müharibənin başlayacağı ilə bağlı təsəvvür yaradaraq İran ictimai rəyinə mənfi təsir göstərməyə çalışır.

“Amma silahlı qüvvələr daim döyüş hazırlığında, hökumət isə istənilən fövqəladə vəziyyətə hazır olmalıdır. Çünki hazırlıq müharibənin qarşısının alınmasında ən təsirli amildir”, - Əraqçi əlavə edib.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: