
Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevi Vətən müharibəsində Zəfərin beşinci ildönümü münasibətilə təbrik edib. Təbrik mətnində Ərdoğan şəxsən öz adından və Türkiyə xalqı adından Azərbaycan Prezidentini və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etdiyini bildirib.
Türkiyə Prezidenti bu şanlı Zəfərdən sonra başlayan sülh prosesi çərçivəsində atılan konstruktiv addımların davamlı bir razılaşma ilə nəticələnəcəyinə ümid etdiyini dilə gətirib. O, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühitinin bütün regionun rifahına xidmət edəcəyinə inandığını söyləyib. Ərdoğan bu mühitin Qafqazın qlobal siyasətdəki strateji əhəmiyyətini daha da artıracağına əmindir. O, azad edilmiş torpaqların sürətli dirçəlişi və yenidən qurulmasında əldə edilən irəliləyişin təqdirəlayiq olduğunu vurğulayıb. Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci hesab etdiyi qardaş Azərbaycanın həm regionda, həm də ondan kənarda inamlı addımlarla nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir.
Ərdoğan iki ölkə arasındakı münasibətlərin gücünü qeyd edib. O bildirib ki, "Bir millət, iki dövlət" prinsipi ilə qurulmuş yüksəksəviyyəli əlaqələr və ortaq taleyimizdən güc alan sarsılmaz qardaşlıq bağları keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdə davam edir. Güclü təməl üzərində qurulmuş müttəfiqlik münasibətləri və bütün sahələrdə nümayiş etdirilən xüsusi əməkdaşlıq regional sülhün, etimadın və sabitliyin ən vacib sütunlarından birinə çevrilib. Ərdoğan sonda İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərin regionun çiçəklənməsinə əhəmiyyətli töhfələr verəcəyini vurğulayıb. O, Əliyevə cansağlığı, dost və qardaş Azərbaycan xalqına xoş günlər və rifah arzulayıb.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ərdoğan Azərbaycanı belə təbrik etdi
Bugun.az

Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə İl...
Bugun.az

Milli Məclis İlham Əliyev və xanımını təbrik etdi
Bugun.az

Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü m...
Azəri Xəbər
Özbəkistan Prezidenti İlham Əliyevi Zəfər Günü mün...
Azəri Xəbər

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi
Bugun.az


