
Ərdoğan İzmirdəki hadisənin araşdırılmasını tapşırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-2026-cı tədris ilinin açılış mərasimində çıxış edib.
Metbuat.az NTV telekanalına istinadən xəbər verir ki, o, çıxışı zamanı bu gün İzmirdə Polis Bölməsində baş verən hadisələrdən söz açıb.
Ərdoğan İzmirdə iki polisin şəhid olduğu hücumu həyata keçirən 16 yaşlı hücumçunun əlaqələrinin araşdırıldığını açıqlayıb.
"İzmirdən şok xəbər aldıq. İki polisimiz şəhid oldu. Mənfur hücumda şəhid olan polislərimizə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirəm. Hücumu həyata keçirən şəxsin hərtərəfli araşdırılmasını tələb edirəm", - deyə Türkiyə lideri ifadə edib.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ərdoğan: Qəzaya uğrayan təyyarənin qalıqlarını aşk...
Azəri Xəbər

Azərbaycan bunun üçün bütün imkanlarını səfərbər e...
Bugun.az

Gürcüstan və Azərbaycan təyyarə faciəsinin ilk anı...
Azəri Xəbər

Ərdoğan ŞKTC-nin yeni prezidentini təbrik etdi
Bugun.az

Prezident Ərdoğan: Meşələr Həyatımızın Əsas Qaynağ...
Son Xeberler
Vaşinqtona Milli Qvardiyanın əlavə 500 hərbçisi gö...
Azəri Xəbər


