
Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır - "Haber Global"

Avropa İttifaqı Ermənistanı silahlandırmaq üçün Fransanın rəhbərlik etdiyi layihə hazırlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının saytında dərc olunan “Ermənistan PUA axtarışında! Avropa İttifaqından (Aİ) Ermənistana silah yardımı” sərlövhəli məqalədə qeyd olunub.
Bildirilib ki, Paris, Dehli və Afina Ermənistanı silahlandıran əsas oyunçulardır:
“Hazırda İrəvana 10 milyon avro dəyərində hərbi yardım göstərilsə də, bu yardım genişləndiriləcək. Mənbələrə görə, İrəvan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır”.
Məqalədə deyilib ki, Aİ-nin Ermənistana hərbi yardımları onun sülh təşəbbüsü ilə bağlı çağırışlarına ziddir: “Aİ rəsmiləri deyirlər ki, Cənubi Qafqazda sülhə ehtiyac var. Amma təşkilat tərəflərdən birini silahla təchiz edərək bu təşəbbüsə mane olur. Aİ-nin dəstəyini hiss edən Ermənistan Azərbaycanla sülh danışıqlarına son qoya bilər. Fransa rəsmiləri iddia edirlər ki, Ermənistan yenidən silahlanaraq sülh danışıqlarında güclü mövqeyə sahib ola bilər”.
Analitiklərin fikrincə isə Ermənistan növbəti müharibəyə hazırlaşır.
Oxşar xəbərlər

“Haber Global”ın müxbiri ön xətdəki əsgərlərimizin...
Son Xeberler

Ermənistan müharibəyə başlayacaq? - AÇIQLAMA
Bugun.az

Daşaltı necə azad edildi? -
Son Xeberler

Xiaomi iki modelin yeniləmə dəstəyini dayandırdı!
Son Xeberler

Cənubi Koreya da Müharibəyə Qoşulur?
KIBRIT MEDIA

''Yastıqdan da balaca bədəni cansız yerdə yatır''...
Son Xeberler