''Yastıqdan da balaca bədəni cansız yerdə yatır'' - VİDEO
Ermənistan silahlı bölmələrinin oktyabrın 27-də növbəti dəfə dinc mülki əhalini hədəfə alması nəticəsində Bərdə sakini 8 yaşlı Aysu İsgəndərova həlak oldu.
Paşinyan hakimiyyətinin qurbanı olan Aysunun ailəsinə Türkiyənin “Haber Global” telekanalının müxbiri baş çəkib. Aysunun atası Rövşən İsgəndərov həmin gün baş verənləri belə xatırlayıb.
“Nə deyəcəyimiyi bilmirəm. İşdə idim. Traktor sürürdüm. Səs eşitdim. Tüstü bizim evimiz tərəfdən qalxdı. Getdim ki, uşaq yoxdur. İkinci sinfə gedirdi. Uşağı görəndə qarın nahiyəsindən daxili orqanları çölə dağılmışdı.Onları yığıb uşağın meyitini apardım...”.
Daha sonra “Haber Global” telekanalının müxbiri Aysunun cənazəsinin gətirildiyi evdən dərin kədər hissi ilə reportajı davam etdirərək Aysunun yoxluğunu belə təsvir edir.
''Bir neçə saat əvvəl Aysun gülürdü,oynayırdı amma indi o yoxdur. Bəlkə də xəyalları, atasından anasından istəyəcəyi arzuları vardır. Ermənistanın atdığı raket onu ailəsindən qopardı. Xəstəxanada yaralı olan anası bu baş verənlərdən xəbərsizdir. Balasının hazırda cansız bədəninin üzərində qohumlarının fəryad etdiyindən heç bir xəbəri yoxdur...''.
Oxşar xəbərlər
4 gün sonra xilas edilən uşaq anasız qaldı
Son Xeberler
108 saat sonra cəsədi tapıldı
Son Xeberler
Azərbaycanda tanınmış məşqçinin oğlu özünü asdı
Son Xeberler
11 kişi tərəfindən zorlanıb öldürülən qadının
Son Xeberler
Gəncə faciəsinin balaca şahidləri -
Son Xeberler
Muhalefet liderinin cansız bedeni yol kenarında bu...
Son Xeberler