Evakuator sürücüsü həbs edildi- Yetkinlik yaşına çatmayan qızı...
Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Metbuat.az publika.az-a istinadla xəbər verir ki, bir neçə ay əvvəl Binəqədi Rayon Məhkəməsinin Abdulla Rəhimov barəsindəki bəraət hökmü ləğv edilib.
Bakı Apellyasiya Məhkəməsi Abdullanın Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16-yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi üzrə təqsirli bilinməsinə qərar verib. Onun barəsindəki bəraət hökmü ləğv edilib və 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Abdulla Rəhimov məhkəmə zalında həbs olunub.
Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı 15 yaşı olan Selena (şərti adlı) həmin gün evdən qaçıb və alış-veriş mərkəzlərindən birinə gedibmiş. Burada Abdulla onu görərək yaxınlaşıb və tanış olub. Evakuator sürücüsü olan şəxs gecə saat 2 radələrində yeniyetmə qızı Binəqədi rayonu ərazisində yerləşən hotellərdən birinə aparıb və orada intim münasibətdə olub. Bundan sonra Abdulla yeniyetmə qızı 6 gün özü ilə saxlayıb və iş vaxtı evakuatorda əyləşdirib.
Yeniyetmənin anasının polisə şikayət etməsindən sonra qız itkin kimi axtarılaraq tapılıb və ailəsinə qaytarılıb.
Oxşar xəbərlər
Azərbaycanda İYRƏNC HADİSƏ:
Xəbər Anı
İki komissiyanın adı dəyişir
Bugun.az
Ata beşaylıq qızını öldürdü
Xəbər Anı
Gənc qızı döyən ana və qızı həbs edildi
Bugun.az
Adnan Oktara 1000 il həbs verildi
Son Xeberler
Bakıda evakuator piyadanı vurub -
Son Xeberler