
“Evlərimizi hasarlayıblar” - “Melissa Group”dan növbəti şikayət

“Melissa Group” şirkəti Nərimanovdakı həyət evlərinin qarşısını qanunsuz şəkildə hasarlayıb.
Bu barədə Metbuat.az-ın qaynar xəttinə şikayət daxil olub.
Şikayət edən sakin bildirib ki, “Melissa Group” şirkəti Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsindəki həyət evlərinin bəzilərini alıb və söküntü işlərinə başlayıb. İddiaya görə, şirkət evini satmağa razı salmadığı sakinlərin qonşu divarlarını sökür:
“Bunu sakinlər evdə olduqları halda edirlər. Hər yer tozun-torpağın içindədir, həyətə giriş-çıxış mümkün deyil. Evlərin qarşısını da qanunsuz olaraq 2 ildir ki, hasarlayıblar. Nə gəlib, danışıq aparıb almırlar, nə də evin qarşısındakı hasarı sökmürlər”.
Metbuat.az “Melissa Group” ilə əlaqə saxlamağa çalışıb. Şikayətin rəsmi nümayəndələrə yönəldiləcəyi və əlaqə saxlanılacağı qeyd olunsa da, geri dönüş edilməyib.
Sevinc İbrahimzadə / Metbuat.az
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Yamaykada "Melissa" qasırğası 3 nəfərin ölümünə sə...
Azəri Xəbər

Yamaykada "Melissa" qasırğası nəticəsində ölənləri...
Azəri Xəbər
Atlantik okeanında "Melissa" qasırğası 4-cü kateqo...
Azəri Xəbər
"Melissa" qasırğası 4-cü kateqoriyaya qədər güclən...
Azəri Xəbər
ABŞ "Melissa" Qasırğasının Vurduğu Ziyanla Əlaqəda...
Son Xeberler
"Melissa" qasırğası Yamaykaya çatıb
Azəri Xəbər


