Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Evlilik üçün ən ideal 3 bürc -Uzunmüddətli münasibət qururlar

27.06.2025 12:25 43 baxış sayı 2 dəq. oxuma Metbuat
Evlilik üçün ən ideal 3 bürc -Uzunmüddətli münasibət qururlar

Astroloqların fikrincə, bürclər təkcə xarakter xüsusiyyətlərimizi deyil, həm də münasibətlərimizə olan yanaşmamızı formalaşdırır. Evliliyə uyğunluq isə bəzən göy cisimlərinin təsiri ilə daha da aydın görünür.

Metbuat.az evlilik üçün ən uyğun sayılan üç bürcü təqdim edir:

Buğa

Sabitliyi və sədaqəti ilə tanınan Buğa bürcü evlilikdə etibarlı tərəfdaş axtaranlar üçün idealdır. Buğalar ailə dəyərlərinə sadiq, təmkinli və emosional sabitliyi ilə seçilir. Həyat yoldaşına qarşı diqqətli, eyni zamanda maddi təhlükəsizliyi təmin etməyə çalışan Buğa bürcü nümayəndələri uzunmüddətli münasibətlər üçün əla seçimdir.

Xərçəng

Qəlbi ilə yaşayan Xərçəng bürcü ailəyə və evə bağlılığı ilə seçilir. Həssas, şəfqətli və qoruyucu olan bu bürcün nümayəndələri üçün münasibətlərdə emosional bağ əsas rol oynayır. Xərçənglər partnyoruna qarşı fədakar və sadiqdir, bu da onları möhkəm evlilik üçün uyğun edir.

Oğlaq

Ciddi, məsuliyyətli və planlı həyat tərzi sürən Oğlaqlar ailə həyatında da bu keyfiyyətləri ilə seçilirlər. Onlar münasibətləri ciddiyə alır, gələcək üçün real planlar qurur və qarşı tərəfə dayaq olmağa çalışırlar. Evlilikdə nizam-intizam və məqsədyönlülük önəmlidirsə, Oğlaq ideal seçim ola bilər.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: