🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Əvvəlcə Allaha, sonra Türkiyəyə güvənməli olduğumuzu öyrəndik - Necib Mikati

18.12.2024 23:25 6 baxış sayı 2 dəq. oxuma
Əvvəlcə Allaha, sonra Türkiyəyə güvənməli olduğumuzu öyrəndik - Necib Mikati

Türkiyə Livana tarix boyunca çətin dövrdə dəstək verən ölkə olub. Əvvəlcə Allaha, sonra Livanın dostlarına və xüsusilə Türkiyəyə güvənməli olduğumuzu öyrəndik.

Metbuat.az xəbər verir ki, Türkiyədə səfərdə olan Livanın Baş naziri Necib Mikati Prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında belə deyib. Türkiyənin Livana və xalqına duyğularına görə təşəkkürünü bildirən Mikati, Türkiyənin Livana dəstəyindən danışıb. Onun sözlərinə görə, Türkiyə həmişə olduğu kimi, böhran olan vaxtda da Livanla yaxından maraqlanıb. Mikati Livanın İsrailin hücumlarına məruz qaldığı dövrdə xüsusilə humanitar və siyasi dəstəyə görə Türkiyəyə təşəkkür edib. Mikati, ölkəsinin İsrailin hücumları nəticəsində ciddi iqtisadi, sosial və ekoloji ziyana məruz qaldığını və bu hücumların hələ də davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, İsrail atəşkəs rejiminə və atəşkəs razılaşmasında göstərilən məsələlərə əməl etmir.

Necib Mikati Suriyadakı hadisələrə diqqət çəkərək, İsrailin regiondakı hücumlarının dayandırılması üçün təzyiq edilməsinin vacibliyini vurğulayıb.

Paylaş: