🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Fələstin tərəfdarı tələbələr Vyana universitetinə girişi bağladı

08.10.2025 18:25 1 baxış sayı 1 dəq. oxuma
Fələstin tərəfdarı tələbələr Vyana universitetinə girişi bağladı

Avstriyada Fələstin tərəfdarı tələbələr Vyana universitetinə girişi bağlayıblar.

Metbuat.az xəbər verir ki, 100 tələbə İsrailə etiraz edib. Universitetin girişini bağlayan tələbələr “Azad Fələstin”, “Qəzza üçün hər şeyi bloklayın” kimi şüarlar səsləndiriblər. Fələstin tərəfdarı olan tələbələr "Vyana Universiteti İsrail ordusunu maliyyələşdirir. İbrani Qüds universiteti ilə tərəfdaşlığa son verin" və "Vyana universiteti soyqırımda şərikdir" yazılı plakatlar qaldırıblar. Etirazçılar Vyana universitetini İsraili dəstəkləməyi dayandırmağa və Qüds İbrani universiteti ilə ortaqlığa son qoymağa çağırıblar.

Aksiya keçirilən əraziyə 100-ə yaxın polis cəlb edilib. 27 tələbə saxlanılıb.

Paylaş: