🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Fənərbaxça"da məşqçi istefası - Klub özünə gələ bilmir

25.09.2025 15:25 1 baxış sayı 1 dəq. oxuma
"Fənərbaxça"da məşqçi istefası - Klub özünə gələ bilmir

"Fənərbaxça"nın baş məşqçisi kimi Türkiyə çempionatında 3 matçda 4 xal itirən Domeniko Tedesko istefaya göndərilə bilər.

Metbuat.az xəbər verir ki, uğursuzluq davam edərsə məşqçinin istefası nəzərdən keçirilə bilər. Bildirilir ki, klubun yeni prezidenti Sadettin Saran Tedeskoya dəstək versə də, uğursuzluq klub rəhbərliyini razı salmayıb. Avropa Liqasında Zaqreb “Dinamo”sunun “Fənərbaxça”nı 3-1 hesabı ilə məğlub etməsi məşqçinin dəyişdirilməsinin mümkünlüyü barədə müzakirələrə səbəb olub. Məlumata görə, Sadettin Saran klubun əfsanəvi qapıçısı Volkan Demireli Tedeskonun köməkçisi kimi kluba qaytarmaq istəyir.

Qeyd edək ki, seçki kampaniyası zamanı Sadettin Saran, Aykut Kocamanı idman direktoru kimi kluba gətirmək istədiyini ifadə etsə də, o bundan imtina edib. Aykut Kocaman "Fənərbaxça"da məşqçi kimi işləmək istədiyi iddia edilir.

Paylaş: