Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Fənərbaxça"da üsyan - Məşqçi narazıdır

23.09.2025 17:25 12 baxış sayı 1 dəq. oxuma Metbuat
"Fənərbaxça"da üsyan - Məşqçi narazıdır

Türkiyə çempionatında 1-1 hesabı ilə yekunlaşan “Kasımpaşa” - “Fənərbaxça” matçından sonra qonaqların yeni baş məşqçisi Domeniko Tedesko futbolçularla görüş keçirib.

Metbuat.az xəbər verir ki, məşqçi futbolçulardan uğurlu oyun nümayiş etdirməsini tələb edib. “Fanatik” qəzetinin məlumatına görə, komandanının futbolu oyununa və heyət seçimlərinə görə tənqid olunan Tedesko oyunla bağlı açıqlamasında, “Bütün azarkeşlərimizdən üzr istəyirəm. Meydanda istədiyimizi reallaşdıra bilmədik. Çox zəif oynadıq və çoxlu top itirdik” - deyə bildirib.

Məşqçi futbolçularına müraciət edərək, onlardan müdafiədə və hücumda yaxşı oynamağı tələb edib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: