Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Fevralın 5-6-nın havası ilə bağlı xəbərdarlıq

04.02.2025 09:25 128 baxış sayı 1 dəq. oxuma Metbuat
​Fevralın 5-6-nın havası ilə bağlı xəbərdarlıq

Fevralın 5-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara, Yardımlıda şimal-qərb küləyi əsəcək. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: