
Fevralın pensiyası artımla bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub.
Metbuat.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.
"Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödəniləcək, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq",- məlumatda qeyd olunub.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Fevralın pensiyası artımla bu tarixdə veriləcək
Bugun.az

May ayının pensiyası bu tarixdə ödəniləcək -RƏSMİ
Bugun.az

İyulun pensiyası bu tarixdə ödəniləcək
Bugun.az

Aprelin pensiyaları bu tarixdə tam ödəniləcək
Bugun.az

Pensiyalar bu tarixdə tam ödəniləcək - RƏSMİ
Bugun.az

Aprelin pensiyaları bu tarixdə ödəniləcək
Bugun.az