
Fəzail Ağamalının yeni oğlu üzə çıxdı - FOTO

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının daha bir oğlunun olduğu üzə çıxıb. Ağamalı son günlər partiyasında övladları arasındakı mübahisə ilə gündəmə gəlmişdi. Məlumatlara görə, həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur. Ailədə ona Oleq deyə müraciət edildiyi üçün bu adla daha çox tanınıb. İndiyədək Milli Məclisin altı çağırış deputatı olmuş Ağamalının cəmi üç övladının olduğu bilinirdi: Yalçın Ağamalı, Elçin Ağamalı və deputat Günay Ağamalı. Hətta onun rəsmi bioqrafiyalarında da bu üç övladın adı qeyd olunmuşdu. Bu yeni fakt Fəzail Ağamalının şəxsi həyatı ilə bağlı məlumatlarda ciddi dəyişiklik yaradır.
Almaniyadakı mənbənin məlumatına görə, İlqarın anası rusəsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakıda tanış olublar və bu münasibətdən bir oğlan övladı dünyaya gəlib. Fəzail Ağamalının rəsmi nikahda olduğu həyat yoldaşı məsələni bildikdən sonra ailədə çox ciddi problemlər yaşanıb. Buna görə də F. Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sankt-Peterburq şəhərinə göndərib.
Fəzail Ağamalı sayta açıqlamasında bu faktı təsdiqləyib və bunu "cavanlıq səhvi" adlandırıb. O deyib: "Hər kəsin gənclikdə səhvləri ola bilər. Cavanlıqda çoxunun həyatında belə şeylər olur. Mən niyə danmalıyam ki? Cinayət deyil ki... Hər kəsin şəxsi həyatı ola bilər." O bildirib ki, bəli, onun belə bir romanı olub. Ağamalı əlavə edib ki, bu gün İlqar və anası ilə əlaqəsi yoxdur, onlar öz həyatlarını yaşayırlar. O, lazım olan vaxtlarda onlara kömək etdiyini qeyd edib. Deputat vurğulayıb ki, bu məsələ ilə bağlı onu ancaq həyat yoldaşı günahlandıra bilər. O, həyat yoldaşından səhv etdiyinə görə zamanında üzr istədiyini söyləyib.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ana Vətən Partiyasının qurultayındakı qalmaqalınVİ...
Bugun.az

Fəzail Ağamalının səhhəti pisləşdi: "Oğlum peşman...
Bugun.az

Bu da Zamiqin oğlu Zeyn -
Şou Xəbər

Nuri Sərinləndirici oğlu ilə DƏBDƏBƏLİ EVİNDƏ -
Şou Xəbər

Bu da Müşfiqin hər kəsdən gizlətdiyi OĞLU -
Şou Xəbər

Anar Kərimov onları vəzifəyə gətirdi -
Son Xeberler


