
FHN-in işçisi evdə köməksiz vəziyyətdə qalan yeniyetməni belə xilas etdi -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Ş.M. Xiyabani küçəsində vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Metbuat.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onyeddimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2013-cü il təvəllüdlü yeniyetməni yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.
Bundan əlavə, daxil olmuş məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən alpinist ləvazimatlarının köməyi ilə Nəsimi rayonu, Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə köməksiz vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü vətəndaşa müvafiq köməklik göstərilib.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Səngəçalda dağlıq ərazidə köməksiz vəziyyətdə qala...
Azəri Xəbər

FHN çayın dərəsində köməksiz vəziyyətdə qalan vətə...
Azəri Xəbər

Dənizdə qayalıq ərazidə köməksiz qalan balıqçılar...
Azəri Xəbər

Buzovnada dənizdə köməksiz qalan balıqçılar xilas...
Azəri Xəbər

Badamdarda su anbarına düşən vətəndaş xilas edilib...
Azəri Xəbər

Xəzər dənizində köməksiz vəziyyətdə qalan üç balıq...
Azəri Xəbər


