Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Firad Əliyev: Kamran Əliyev və Xanlar Vəliyevin rəhbərliyi ilə prokurorluqda yüksək uğurlar əldə olunub

07.02.2025 11:25 119 baxış sayı 2 dəq. oxuma Metbuat
Firad Əliyev: Kamran Əliyev və Xanlar Vəliyevin rəhbərliyi ilə prokurorluqda yüksək uğurlar əldə olunub

"Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun, o cümlədən Hərbi prokuror cənab Xanlar Vəliyevin rəhbərliyi ilə hərbi prokurorluğun hərtərəfli uğurları yüksək intensivliklə davam edir".

Metbuat.az-ın məlumatına görə, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Firad Əliyev bildirib ki, səmərəli fəaliyyət nəticəsində 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlər 100 faiz açılıb. Onun sözlərinə görə, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsi) 77,8% və Rüşvət alma və rüşvət vermə cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri) 31,6% azalıb".

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: