
Futbol üzrə Almaniya çempionatında "Bavariya" qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 26-cı turun növbəti oyunları keçirilib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Münhenin "Bavariya" klubu Berlində yerli "Union" komandasına 2:0 hesabı ilə qalib gələrək çempionatdakı mövqeyini möhkəmləndirdi.
Turnir koronavirus pandemiyası səbəbindən dayandırılan iki həftəlik aradan sonra keçirilib.
Hesab 40-cı dəqiqədə penaltidən Robert Levandovski tərəfindən hücumçunun mövsümdə vurduğu 40-cı qolla açılıb. İkinci qolu 80-ci dəqiqədə Benjamin Pavar vurub.
"Bavariya" 26 matçda xallarını 58-ə çatdıraraq ən yaxın izləyicisi Dortmund "Borussiya"sı ilə fərqi 4-ə yüksəldib.
Turun sonuncu oyunu mayın 18-də keçiriləcək və "Verder" - "Bayer" görüşü ilə yekunlaşacaq.
Oxşar xəbərlər

"Bavariya" 3 qolla qalib gəldi -
İdman Xəbər

“Barselona” qalib gəldi, “Atletiko” evdə məğlub ol...
Bugun.az

"Bavariya" Avropanın ən güclüsü oldu
Son Xeberler

Sabiq forvard geri qayıdır
Bugun.az

Almaniya kubokunda finalçılar müəyyənləşdi
İdman Xəbər

Türkiyə Monteneqronu Yendi
Bugun.az