Ginekoloq Ləman Əliyeva ilə bağlı QƏRAR VERİLDİ
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, məsələni araşdırmaq üçün yaradılmış beş nəfərdən ibarət komissiya artıq işini yekunlaşdırıb, Ləman Əliyeva işdən azad edilib.
Komissiyanın araşdırmasının nəticəsi yanvarın 15-də ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb. Yanvarın 9-da "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.
Oxşar xəbərlər
3-cü kurs tələbəsi qəfil vəfat etdi - FOTO
Bugun.az
Aygün Əliyevaya TƏBİB-də bu vəzifə verildi -
Son Xeberler
Dövlət Komitəsi 12 yaşlı qızı nəzarətə götürdü -
Son Xeberler
Leyla Əliyeva Təbiət Tarix Muzeyini Ziyarət Etdi
Bugun.az
Fərəh Əliyeva koronavirusa yoluxdu
Son Xeberler
Mehriban Əliyeva Laçın üçün oxudu -
Son Xeberler