🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Gömrükçülər brilyant qaşlar aşkar etdi

25.07.2025 12:25 1 baxış sayı 1 dəq. oxuma
Gömrükçülər  brilyant qaşlar aşkar etdi

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların növbəti dəfə ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar.

Metbuat.az Komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700,6 karat brilyant qaşlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: