Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Gömrükdə ölkəyə qanunsuz malların gətirilməsi cəhdi aşkarlanıb

25.09.2025 07:25 13 baxış sayı 2 dəq. oxuma Metbuat
Gömrükdə ölkəyə qanunsuz malların gətirilməsi cəhdi aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan Respublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd "İphone17", 4 ədəd "İphone16", 15 ədəd "apple" markalı qələm, 8 ədəd "apple" markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb:

“Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər”.

Faktla bağlı araşdırma aparılır.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: