
Göygöldə bıçaqlanma oldu -Xəsarət alanlar var

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu mübahisə nəticəsində iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə üzləşib.
Hadisə rayonun Quşqara kəndində, kafelərin birində qeydə alınıb. Münaqişə Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Ə. Həmidovla Gəncə sakini, 1999-cu il təvəllüdlü İ. Əliyevin arasında yaranıb. Onlar arasında düşən söz-söhbət qısa müddətdə fiziki zorakılığa çevrilib.
Mübahisə zamanı İ. Əliyev bıçaqdan istifadə edərək Ə. Həmidovun başına xəsarət yetirib. Zərərçəkən Ə. Həmidov isə bundan sonra Gəncə sakinini yumruqla vuraraq ona xəsarət yetirib. İlkin məlumata görə, hər iki şəxs hadisə baş verən zaman sərxoş vəziyyətdə olub. Faktla bağlı hüquq-mühafizə orqanları lazımi araşdırma aparır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Göygöldə ər və arvadı maşın vurub
Azəri Xəbər

Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət al...
Azəri Xəbər

Hacıqabulda QƏZA -Xəsarət alanlar var
Bugun.az

Göygöldə 20 yaşlı şəxs bıçaqlanıb
Azəri Xəbər

Göygöldə baş verən dəhşətli qəzada ölən tələbənin
Xəbər Anı

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Son Xeberler


