
Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərləri müavinlərinin görüşü başladı

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilir.
Metbuat.az xəbər verir ki, tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Görüşün məqsədinin üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşmək olduğu bildirilir.
“Görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. Üç ölkə üçün maraqlı ola biləcək istiqamətlər müəyyənləşdiriləcək, mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmaları inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirənin əsas istiqamətləri olacaq”, - Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya jurnalistlərə bildirib.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçıların...
Bugun.az

Prezidentin Ərdoğan ilə görüşü başladı
Bugun.az

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri...
Azəri Xəbər

Prezident İlham Əliyevin Paşinyanla görüşü başlayı...
Xəbər Anı

İlham Əliyevlə Putinin Düşənbədə görüşü başladı
Bugun.az

Gürcüstan Seçkilərində İlkin Nəticələr Açıqlandı
Bugun.az