
Gürcüstanda işıq kəsildi -Azərbaycandan kömək istədi

Gürcüstanda yenidən bu gün elektrik enerjisi kəsilib.
Metbuat.az xəbər verir ki, ölkənin paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionları da bu problemlə üzləşib.
Buna səbəb Kavkasioni elektrik ötürücü xəttində baş verən qəza göstərilir.
“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.
Qeyd edək ki, qəzanın səbəbi hələlik bəlli deyil.
Xatırladaq ki, bir neçə gün öncə də Gürcüstan qaranlığa qərq olmuşdu. Genişmiqyaslı qəza nəticəsində Tbilisi, Qori, Batumi, Poti, Borjomi, Kutaisi, Zuqdidi və digər şəhərlərin bir hissəsində işıq kəsilmişdi.
Oxşar xəbərlər

Gürcüstanda zəlzələ oldu
Xəbər Anı

"Gürcüstanda baş verənləri izləyirik" - NATO Baş k...
Bugun.az

Pul Köçürmələrinə Nəzarət Gücləndirilir
Bugun.az

Gürcüstanda Parlament Seçkilərində Seçici Fəallığı...
KIBRIT MEDIA

Azərbaycandan daha 122 İran vətəndaşı ölkəsinə qay...
Son Xeberler

Gürcüstan Seçkilərinin Son Nəticələri Açıqlandı
Bugun.az