Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Hacıqabulda ağır qəza - Ölən və yaralılar var / FOTO

06.12.2024 06:25 147 baxış sayı 1 dəq. oxuma Metbuat
Hacıqabulda ağır qəza - Ölən və yaralılar var / FOTO

Hacıqabul rayonunun Muğan qəsəbəsində səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, Mingəçevir rayon sakini Q.Gözəlov idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib, iki sərnişin isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Foto: APA

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: